Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Qəza səbəbindən prospektdə hər iki istiqamət üzrə sıxlıq yaranıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.