"Gent”in futbolçusu Maykl Nqadye-Nqadjyui Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini bölüşüb.

İqtisadiyyat.az xəbər verir ki, 33 yaşlı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında deyib: “Mən "Qarabağ” barədə çox şey bilmirəm. Bilirəm ki, “Qarabağ” hər il avrokuboklarda oynamağa öyrəşmiş komandadır. Onların çox yaxşı futbolçuları var. Əvvəlki matçlarından 2-3 maraqlı videoicmala baxmağı bacardım. "Qarabağ"da çox sayda braziliyalı futbolçular var. Onlar topla yaxşı rəftar edən tərəfdirlər”.