“Əsirlikdə olanda ermənilər bir gündə bizə 35 “KamAZ” mişar daşını daşıtdırırdılar”.

“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında ifadə verən zərərçəkmiş Qərib Vəliyev deyib.

O söyləyib ki, Qarabağda yaşayan və azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin hamısı Azərbaycan dilində danışırdılar:

“Onlar İrəvanda uşaqlarına da Azərbaycan dili kursları keçirdilər”.