"Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır. Elə oxumaq olur? Nə geyimini, nə danışığını, nə oturuşunu bilir. Onu müğənni hesab edirsiz? Sabahdan mən müğənniliyi atıram onda".

İqtisadiyyat.Az Unikal.org-a istinadən xəbər verir ki, bu sözləri müğənni Zeynəb Dostəliyeva "Bizimləsən" verilişində deyib. İfaçı sənətə yeni gələn müğənniləri tənqid edib:

"İndi siz müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız. Biz o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi.

Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki... O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər".