Ukraynalı politoloqu həmişəlik "Rusiya 1" “tok-şousundan qovdular.

Moderator.az REGNUM-a istinadən xəbər verir ki, bu gün- 4 iyunda "Rusiya 1" telekanalının "60 dəqiqəlik" tok-şou axşam efirinin yayımlanması zamanı qalmaqal baş verib. 

DNR-in Xalq milisi  mətbuat xidmətinin rəhbəri Daniil Bezsonov telekörpüdə çıxış edən zaman, studiyaya dəvət olunmuş ukraynalı ekspertlərdən biri Vsevolod Nepoqodin qondarma-separatçı xalq respublikasının nümayəndəsinə orta barmağını göstərib.

Bezsonov canlı efirdə çıxışı zamanı Ukrayna silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı epizodlar barədə danışıb.

Elə bu vaxt -"Siz nə edirsiz, nə edirsiz Siz? Buradan çıxın," birdən-birə tok-şou aparıcısının həyəcanlı səsi eşidilib.

Məlum deyil ki, Nepoqodin məhz nə edib- həmin an kadrlara düşməyib. Ancaq studiyanı tərk edəndə ukraynalı "ekspert" əlini Bezsonovun ekranda görünən üzünə tərəf uzadıb, xoşagəlməz bir jest göstərib və təhqiramiz sözlər deyib. Videonun 27-ci dəqiqəsində bu kadrlar aydın görsənir.