Havaların soyuması qaza olan tələbatı artırır. İlin bu vaxtında adətən əksər insanlar qaza tətbiq olunan güzəşt limitini çoxdan keçmiş olur. Hətta bir sıra abonentlər limiti çoxdan keçdiklərini deyirlər.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bildirir ki, əhalinin böyük əksəriyyəti 1200 kubmetrlik limitini keçməyib:

“11 ayın statistikası göstərir ki, ilkin limiti keçməyən abonentlərin sayı 60%-in üzərindədir.”

Hazırda əksər vətəndaşlar soyuq havada limiti göz önünə gətirərək, çox qaz istehlak etməməyə çalışırlar. Bəs, təbii qazdan istifadəyə görə tətbiq olunan limit məsələsi ləğv olunmalıdırmı? Ekspertlər deyirlər ki, ləğv oluna bilər. Dünyanın heç bir yerində belə sistem yoxdur. Bu eyni zamanda analoqu olmayan metoddur.

Mövzu ilə bağlı danışan millət vəkili Razi Nurullayev isə deyir ki, ən azından aztəminatlı ailələrə güzəşt olunmalıdır.

Daha ətraflı süjetdə: