2021-ci ilin yanvar-aprel ayları ərzində banklar tərəfindən 134,8 milyon manat həcmində ipoteka krediti verilib.

May ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 65,9 milyon manat və ya iki dəfəyə qədər artıb.

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 35,6 milyon manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricilərinə 2,6 dəfə azdır.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 85,3 milyon manat olub. 2020-ci ilin may ayının göstəriciləri ilə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 71,3 milyon manat və ya 6,1 dəfə artıb.

İpoteka və Kredit Zəmanət Fondunun ipoteka portfeli üzrə orta göstəricilərinə nəzər saldıqda, 282 ay müddətinə kreditin faiz dərəcəsi 6,34 səviyyəsində qalıb. Aylıq ödənişlərin həcmi isə mart ayı ilə müqayisədə (375,8 manat) artaraq, 378,2 manat həcmində müəyyənləşib.oxu.az