Əlazığlı təsbeh düzəltmə ustası Osman Kiraz, dünyada nadir Türkiyədə isə sadəcə Əlazığda çıxan albalı mərmərindən 12 gün ərzində 102 qram ağırlığında təsbeh düzəldib. İqtisadiyyat.Az türk mediasına istinadən bildirir ki, özəl və bənzəri olmayan təsbeh 10 min dollar dəyərindədir və sərgiyə çıxarılmaq üçün Qətərə göndərilib.

"Gündəlik 8 saat olmaqla 12 günlük iş"

Uşaqlığından atasından öyrəndiyi bu sənəti yaşadan Osman Kiraz, “18 ildir bu işi görürəm. Həmd olsun dünyada tanımayan kimsə qalmayıb. Sonuncu təsbehi Əlazığ albalı mərmərindən hazırladım. Çox sərt materialdır, içərisində hər hansı sintetik maddə olmadığı üçün detal dağıla bilir. Bu sifariş deyildi, sadəcə olaraq məmləkətimizdə olanlardan nəsə hazırlamalı idik və hazırladıq” deyə danışıb.

"Qiyməti 10 min dollar"

Təsbehi Qətərdə sərgi üçün aparan Qadir Başqan isə “Bu təsbeh sektorunda ilk dəfə hazırlanmış məhsuldur. Biz satın aldıq və Qətərdəki sərgiyə çıxaracağıq. Qiyməti tam 10 min dollardır. Çünki 2 həftəlik bir əl əməyi və işçiləri var. Həmçinin dünyada bənzəri yoxdur. Normalda sifarişlə işləyirik, lakin bu nadir məhsul olduğu üçün özümüz işləmişik”.

"Albalı mərməri Kəbə və Ağ Evdə istifadə olunub"

Digər tərəfdən albalı mərməri ölkə daxilində bir çox yerdə olduğu kimi, xaricdə də önəmli yerlərdə istifadə olunur. 6 böyük mərmər ocağı olan Əlazığdan çıxarılan albalı mərməri isə daha əvvəl Kəbə və Ağ Evdə istifadə olunub. Hazırda Əlazığda 1000 işçi ilə istehsal olunan albalı mərmərlər 4 qitədə, Çin, Hindistan, Vyetnam, İtaliya, Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ başda olmaqla 45 ölkəyə ixrac olunur”.

 

Mehman Nəbiyev