Oxford Universitetinin amerikalı baş iqtisadçısı Corc Daco ABŞ-ın Çindən idxal məhsullarına təyin etdiyi yüksək verginin qlobal iqtisadiyyatdan 105 milyard qoparacağını bildirib. Daco, “İqtisadi müharibələrdə kimsə qazanmır. Kənardan baxanlar belə zərər çəkirlər” deyib.

ABŞ 200 milyardlıq Çin məhsullarına gömrük vergisini bugün səhər 10%-dən 25%-ə qaldırıb. Oxford Universitetinin amerikalı baş iqtisadçısı Corc Daco mövzu ilə əlaqədar söylədiyi fikirdə, "İqtisadi müharibələrdə kimsə qazanmır. Kənardan baxanlar belə zərər çəkirlər” ifadələrini işlədib. Daco, Çinin də qarşılıqlı olaraq 60 milyardlıq ABŞ məhsullarına gömrük vergisini 8%-dən 25%-ə qaldırması ilə 2020-ə qədər bu müharibənin ABŞ iqtisadiyyatına mənfi təsirinin 0.3% olacağını bildirib. Onun sözlərinə görə, Çin iqtisadiyyatı isə bu savaşdan 0.8% zərər görəcək.

Bundan əlavə mövcud iqtisadi müharibə 2020-ə qədər qlobal iqtisadiyyata da 0.3% ziyan vuracaq ki, bu da 105 milyard dollar deməkdir. Ticarət savaşının builki təsirləri daha məhdud olacaq. Toplam 360 milyardlıq məhsulu əhatə edən vergilər ABŞ iqtisadiyyatına 0.1%-22 milyard dollar ziyan vuracaq. Bu da ABŞ-da hər ailəyə 175 dollarlıq zərər deməkdir. Dünyanın ən böyük 2 iqtisadi ölkəsi nin apardığı ticarət müharibəsinin Çinə mənfi təsiri 0.3% səviyyədə olacaq.

Baş iqtisadçının hesablamalarına görə mövcud durumda ABŞ iqtisadiyyatının inkişafından 0.5% silinəcək. Bu da 2020-ə qədər ABŞ iqtisadiyyatının qalxacağı səviyyənin 45 milyard aşağı olması deməkdir. Bu göstərici Çin iqtisadiyyatına 1.3%, dünya iqtisadiyyatına isə 0.5% mənfi təsir edəcək.

Həmçinin bu savaşın ən pis təsiri də açıqlanıb. Belə ki, ABŞ Çin məhsullarına 35% tarif tətbiq edir. Əgər bəhs edilən bu hədələr gerçəkləşsə ABŞ iqtisadiyyatını 2.1%, Çin iqtisadiyyatını 2.5%, dünya iqtisadiyyatına isə 1.7% mənfi təsir edəcək. Bu baxımdan Avrozonanın və Yaponiyanın da ağır “yara” alacağı gözlənilir. ABŞ 35%-lik tarifi tətbiq edərsə, Avrozona və Yaponiya iqtisadiyyatı 1.5% mənfi təsirə məruz qalacaq.

 

Mehman Nəbiyev