İyulun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,11% – 27 221,35 bəndədək yüksəlib, S&P 500 0,16% – 3 020,97 bəndədək, Nasdaq isə 0,44% – 8 293,33 bəndədək enib.

İqtisadiyyat.Az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 29-da FTSE 100 indeksi 1,82% – 7 686,61 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,02% – 12 417,47 bəndədək, Fransa CAC-40 isə 0,16% – 5 601,10 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% artaraq 1 426,5 dollara bərabər olub.

İyulun 29-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,14% artaraq 1,114 dollar təşkil edib.