OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti heç bir dinamika nümayiş etdirmir.

"Prime” agentliyi xəbər verir ki, Bakı vaxtı ilə saat 08.43-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,08% bahalaşaraq, 1 bareli 84,78 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,06% aşağı düşərək, 1 bareli 84 ABŞ dolları təşkil edib.

OPEC+ alyansının iclası noyabrın 4-nə planlaşdırılıb. İyul ayında OPEC+ ölkələri avqust ayından etibarən gündəlik neft hasilatını 400 min barel artırmaq barədə razılığa gəlmişdi. Hazırda bazardakı vəziyyətlə əlaqədar bu razılaşmaya yenidən baxılıb-baxılmayacağı müzakirə olunur.

Ekspertlərin fikrincə, əgər OPEC+ hasilatı bir daha artırmaq barədə qərar qəbul edərsə, neft bazarında kütləvi satış və 10%-lik ucuzlaşma qeydə alına bilər.