Dünya Bankı 2015-ci ildən fəaliyyətini dayandırdığı Yəməndə koordinasiya ofisini yenidən açıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yəmənin xəbər agentliyi "SABA" məlumat yayıb.

Məlumata görə, bank müvəqqəti paytaxt Ədəndə koordinasiya ofisini açıb. Bildirilib ki, Dünya Bankı Yəmən xalqı və qurumlarına dəstəyini davam etdirəcək.

 

Gözəl Həşimova