Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbinə direktor təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Rauf Məlikov təyinat alıb.

Qeyd edək ki, 2020-ci il sentyabrın 14-də Cəlilabad şəhəri 9 nömrəli tam orta məktəbin tikintidən sonra açılış mərasimi olub. 624 şagird yerlik məktəbə həmin vaxt Ələkbər Niftiyev direktor təyin olunub. Amma 2021-ci ildə o, vəzifəsindən azad olunub. Bundan sonra direktor səlahiyyətlərinin icrası Rzayev Abdul Sarbala oğluna həvalə olunub. Sonralar direktor səlahiyyəti onun da əlindən alınıb.

Xatırladaq ki, Rauf Məlikov bir müddət əvvəl direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən keçirilən seçimlər zamanı ona qarşı haqsızlıq edildiyi barədə müraciət yaymışdı.