"Hadisə yanvarın 17-si məktəbdən və dərsdən kənar bir vaxtda baş verib. Biz bu hadisədən fevralın 14-də xəbərdar olmuşuq. Məlumat aldıqdan sonra valideyinin şagirdi ilə əlaqə saxlanılıb, məktəbə dəvət olunub, psixoloq şagirdlə söhbət aparıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında  156 saylı məktəbin direktoru Gülər İsmayılova deyib. 

O, bəzi məqamlara da aydınlıq gətirib:

“Bir məsələni nəzərinizə çatdırım ki, görüntülərdə olan şagirdlərdən yalnız bir nəfər hadisəni törətmiş şagird bizim məktəbin şagirdidir. Digər məktəblilər isə bizim məktəbin şagirdləri deyil.  Bununla bağlı ətraflı məlumatı hüquq mühafizə orqanları məşqul olur, araşdırma aparır. Şagirdin dərslərdə nəticələri ortadır. Zəif oxuyan şagird deyil. Oxuduğu illərdə məktəb daxilində digər sinif yoldaşlarına və digərlərinə qarşı heç bir zoraklıq tətbiq etməyib. Həmin şagird hazırda 11-ci sinifdə oxuyur".