Bu gün səhər saatlarından etibarən Daşkəsən rayonuna qar yağıb. 

İqtisadiyyat.az-ın məlumatına görə, qar rayonu ağ örpəyə bürüyüb. 

Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıntısının gözlənilməsi barədə məlumat yayıb.