Ölkədə tətbiq olunan karantin rejimində koronovirusa yoluxma və yoluxanların da sürətli şəkildə sağalması prossesi hazırda da aktualdır. Dünya praktikasında istifadə olunan müalicə metodlarının ölkəmizdə də tətbiqi uğurla həyata keçirilir. COVİD-19 xəstələri üçün istifadəyə verilmiş modul tipli xəstəxanaların peşəkar kadrları, son texnoloji tibbi avadanlıqları prossesləri daha da yüngülləşdirir. Bəs sağalma sayı modul tipli xəstəxanalar arasında daha çox hansılarda üstünlük təşkil edir?

Bu məqsədlə İqtisadiyyat.az saytı kiçik sorğu keçirib. Apardığımız şifahi sorğuya əsasən, Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilk pillədə dayanır. Növbəti sıralarda isə digər modul tipli xəstəxanalar, klinikalar və müxtəlif tibb ocaqları qərarlaşıb.

Xatırladaq ki, FHN-nin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Burada yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir.