Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

Bu barədə ölkənin Baş naziri Andrey Babiş deyib.

Redaktor.az bildirir ki, o, Çexiyada fövqəladə vəziyyətin 30 gün davam edəcəyini vurğulayıb.

Eyni zamanda, respublika ərazisinə virusun geniş yayıldığı 13 ölkədən - Çin, Koreya, İran, İtaliya, İspaniya, Avstriya, Almaniya, İsveçrə, Norveç, İsveç, Niderland, Belçika və Böyük Britaniyadan turistlərin gəlişinə qadağa qoyulub.

Hazırda Çexiya ərazisində 96 nəfərdə koronavirus aşkar edilib.