Avstriyada küçəyə çıxmaq qadağan edilib.

Redaktor.az bildirir ki, ölkədə bu gündən etibarən gündəlik ziyarət üçün vacib olmayan bütün iaşə obyektləri bağlanılır.

Bayıra yalnız təxirəsalınmaz peşəkar işlərlə əlaqadar, məhsul dalınca ya da aptekə getmək üçün, yaxud başqalarına yardım etmək üçün çıxmaq olar.

Küçəyə çıxıb gəzmək istəyənlər isə ya yalnız, ya da mənzil yoldaşı ilə gəzməlidir.

Bildirilib ki, bazar ertəsindən başlayaraq Avstriya polisi buna nəzarət etməyə başlayacaq. Bu gündən etibarən qaydanı pozanlar 2 180 avroyadək cərimələnə bilər. İdman və ya oyun meydançalarından istifadə edənlərə 3 600 avro məbləğində cərimə tətbiq edilə bilər.

Qeyd edək ki, Avstriyada indiyədək koronavirusa 860 yoluxma faktı qeydə alınıb. Virus nəticəsində 1 nəfər ölüb, 6 nəfər sağalıb.