Bu ilin yanvar-sentyabr aylarında Çin hakimiyyəti ölkədə 10,22 milyon yeni iş yerinin yaradılmasını təmin edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təminat Nazirliyinin rəsmi nümayəndəsi Çen Fen bildirib.

Hesabat dövründə 3,96 milyon insan işlə təmin edilib. Məlumata görə, sentyabr ayında ölkədə işsizlik səviyyəsi 5% təşkil edib.

 

Gözəl Həşimova