Hindistan 2027-ci ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu proqnozu "JPMorgan" investisiya bankının Asiya-Sakit Okean regionu üzrə bazar araşdırmalarının direktoru Ceyms Sullivan bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər ölkənin ümumi daxili məhsulu (ÜDM) 2 dəfə artaraq 7 trilyon dollar təşkil edəcək.

Bildirilib ki, ölkənin ÜDM-də sənaye istehsalının payı 17%-dən 25%-ə yüksələ, ixracı isə iki dəfədən çox artaraq 1 trilyon dolları keçə bilər.

 

Gözəl Həşimova