"Hansı ali məktəb müəllim hazırlaya bilmirsə, orada bu ixtisasın tədrisi dayandırılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

"Hansısa ali təhsil müəssisələrinin məzunları bu gün bizim imtahanlarımızda minimum balı toplaya bilmirlərsə, həmin müəssisələrin rəhbərinə bu haqda suallar verilir. Bu, davamlı hal alarsa, həmin müəssisədə müəllimlik ixtisasının tədrisi dayandırılacaq", - nazir bildirib.