Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xətti bağlanıb.

İqtisadiyyat.az-ın Ona-ya istinadən məlumatına görə, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov açıqlamasında marşrut xəttinin bağlanmasını təsdiq edib: "Marşrut xəttinin bağlanmasına səbəb yolların bərbad vəziyyətdə olması və ərazidə fərdi yaşayış evlərinin sıx tikilməsidir. Sakinlərin yaxın marşrut xətlərinin hərəkət etdiyi əraziyə çatdırılması üçün 2 avtobus ayrılıb. Bu avtobusların xidmətindən yararlana bilərlər".

Qeyd edək ki, 55 nömrəli marşrut xətti şəhərin mərkəzi bazarından "Ximstroy" deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib.