Bu il Qəbələ rayonunun təsərrüfatlarında 35 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Məhsul istehsalçıları indiyədək 15 hektar sahədə tütün əkiblər.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Sektor müdiri bildirilib ki, cari ildə rayonda “Oğuz Aqro İndustry” MMC tərəfindən 15 hektar sahədə “Virciniya botaniki” növlü, fiziki şəxslər tərəfindən isə 20 hektarda yerli tütün sortları yetişdiriləcək.

Rayonun təsərrüfatlarında taxıl əkinlərinə aqrotexniki qulluq işləri də davam etdirilir. Xatırladaq ki, keçən ilin payızında rayonda cari ilin məhsulu üçün 19 min 450 hektar sahədə taxıl əkilib.