Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,959 mlrd. ABŞ dolları daxil olub.

Bu barədə ARDNF xəbər verir.

Bu ilin yanvar-may ayları ərzində ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 66 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.(Report)