Hər il mart ayının son şənbə günü dünyada "Yer saatı” aksiyası keçirilir. Məşhur binaların fasad işıqları yerli vaxtla saat 20:30–da bir saatlıq söndürülərək iqlim dəyişikliyinə diqqət çəkilir. 

İqtisadiyyat.az news24.az-a istinadən xəbər verir ki, Dünya Vəhşi Təbiət Fondunun (WWF) təşəbbüsü ilə keçirilən bu tədbirin məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyi ilə bağlı ekoloji fəsadlara yönəltməkdir.

İlk dəfə Yer saatı 2007-ci ildə Avstraliyada keçirilib. Hazırda tədbirdə 187 ölkə iştirak edir.

Azərbaycanda rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir.