Foreks bazarlarında bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər öncəsi dollarda bahalaşma müşahidə edilir.

Bunun əsas səbəbi göstəricilər üzrə proqnozların iqtisadi inkişafın güclənəcəyi istiqamətində olmasıdır. Bu baxımından avro, funt və digər aparıcı valyutaların dollara nisbətən məzənnələri də ucuzlaşmaqdadır.