"Finex Kredit" bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncağın mayın 23-də keçirilməsi nəzərdə tutulub.

Yığıncaqda 2023-cü ilin maliyyə nəticələri barədə kənar auditin hesabatı üzrə müzakirələr aparılacaq.

Eləcə də mühüm iştirak payı və müşahidə şurasının tərkibi müzakirə ediləcək.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. BOKT-un Müşahidə Şurasının sədri Azad Cavadovdur. O, bu vəzifəyə ötən il təyin edilib. A.Cavadov 2007-2017-ci illərdə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru vəzifəsində çalışıb.