2019-cu ilin sonuna Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,8 trilyon kubmetr həcmində qiymətləndirilir.

Bu barədə BP şirkətinin icmalında məlumat verilib 

Bildirilir ki,  2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın qaz ehtiyatları 2,1 trilyon kubmetr həcmində qiymətləndirilib. Beləliklə, il ərzində qaz ehtiyatları 0,7 trilyon kubmetr və ya 33,3% artıb.

BP qeyd edir ki, 2019-cu ilin yekunları üzrə dünyada sübut edilmiş qaz ehtiyatları 1,7 trilyon kubmetr (0,86%) artaraq 2018-ci ilin sonuna olan 197,1 trilyon kubmetrdən 198,8 trilyon kubmetrə çatıb.

Dünyada qaz ehtiyatlarının ən çox artımı Çin (2019-cu ilin sonuna 2 trilyon kubmetr - 89 trilyon kubmetrə qədər) və Azərbaycanın hesabına təmin edilib.Fins.az