Bakıda, Botanika bağında kitabların yararsız hala salındığına dair iddia diqqət çəkib. İddianın doğru olub olmadığını yoxlamaq məqsədi ilə naşir Şahbaz Xuduoğlu əraziyə baş çəkib və şahidi olduğu mənzərəni öz feysbuk hesabında paylaşım edib. Naşirin sözlərinə görə, faktı gözləri ilə görəndə dəhşətə gəlib. Belə ki, ərazidə çoxlu sayda kitabın ortasını deşərək armatura keçiriblər: "Heç ad qoya bilmirəm, bu nədir? Bunu kim edib, niyə edib? Kitabdan, ya onu yazandan intiqam almaqdırmı?" deyə sözlərinə əlavə edib. 

Botanika bağının məsul şəxslərindən bununla bağlı hər hansı açıqlama yoxdur.