"Bizim üçün neftdə məqbul qiymət 45-55 dollardır" Rusiya Energetika nazirinin müavini Pavel Sorokin, neft bazarlarındakı son prosesləri qiymətləndirib.

Fins.az xəbər verir ki, neft qiymətlərinin, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsalçısı ölkələrin razılaşa bilməməsi ilə əlaqədar düşmədiyini iddia edən Sorokin, "Bizə görə qiymətlərin düşməsindəki ana faktor, yeni növ koronavirus epidemiyası səbəbilə nəqliyyatda tətbiq edilən məhdudiyyətlər və buna bağlı olaraq qlobal miqyasda azalan yanacaq istehlakıdır" deyib. Rusiyanın neft şirkətlərinin 1 Apreldən neft istehsallarını artıra biləcəklərini qeyd edən Sorokin, "Ancaq bunu qiymətləndirən şirkətlər, əlavə istehsalın nə qədər qazanclı olduğuna dair iqtisadi reallıqları göz qarşısında saxlayacaqlar" deyib. Sorokin, OPEC ilə Rusiya arasında razılaşma təmin edilə bilməyən istehsal azaldılması bağlı isə bunları qeyd edib: "Rusiya üçün neftdə məqbul qiymətin 45-55 dollar/barel səviyyələri olduğunu düşünürük. Bu qiymət, bahalı layihələrin böyümələrinə icazə verməz, tələbin sabit bir şəkildə artmasını təmin edər. OPEC ilə aparılan müzakirələrdə gündəlik 1,5 milyon barel azaltma gündəmdə idi. Bu miqdar, koronavirusun qlobal iqtisadiyyata təsirini nəzərə aldıqda çox azdır. Gördüyümüz kimi tələbdəki azalma gündəlik 10-15 milyon barel səviyyəsindədir. Razılaşmaya başqa ölkələrin də qatılması lazımdır".

Qeyd edək ki, Rusiya, ABŞ-ın neft istehsalçılarının hasilatının azaldılması müqaviləsinə qoşulmasını tələb edir.