Bayramın ilk günü (5 iyun tarixində) Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətlərə 378 reyslə 10 663 sərnişin daşınıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Məlumata əsasən, beynəlxalq istiqamətlərə 25 reyslə 718 sərnişin yola salınıb. Beynəlxalq reyslərdə ən çox sərnişin axını İstanbul və Tbilisi şəhərlərinə olub.

Bayramın 2-ci gününə olan statistikaya görə, 158 reyslə 3700 sərnişin bölgələrə yola salınıb. Digər günlərlə müqayisədə dünən sərnişin sıxlığı müşahidə olunmayıb.