Bank “BTB” ASC 2019-cu ilin ilk yarımilliyinin nəticələrini açıqlayıb. Bankın yaydığı məlumatda bildirilir ki, ilin ilk yarımilliyin nəticələrinə əsasən, Bank “BTB” ASC-nin aktivləri 303 milyon 772.50 min manat təşkil edib.

Bank BTB ASC-nin kredit portfelində hesabat dövrü ərzində artım müşahidə olunub. Kredit portfeli 198 milyon 66 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% yaxın artım deməkdir.

Bank “BTB”nin depozit portfeli 116 milyon 622 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (106 milyon 958 min manat) 9%-ə yaxın artım deməkdir.

“Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək, müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır”- Bankın məlumatında bildirilir.

2019-cu ilin yanvar-iyun dövründə Bank “BTB”-nin cəmi gəlirləri 13 milyon 478 min manat, cəmi xərcləri 12 milyon 583 min manat təşkil edib. Bank ilin birinci yarısın 895 min manat mənfəət ilə başa vurub.

30.06.2019-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 55 milyon 607.89 min manat təşkil edib.

Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 17 xidmət nöqtəsilə təmsil olunur.