Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 6260 hektar sahədə yazlıq bitkilər əkiblər.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, məhsul istehsalçıları 1342 hektar sahədə tərəvəz bitkiləri, 607 hektarda kartof, 82 hektarda dənli və dənli paxlalılar əkib, 460 hektar sahəyə yonca səpiblər.

Dən üçün qarğıdalı əkini də mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 7500 hektar sahədə dən üçün qarğıdalı əkilməsi proqnozlaşdırılır. Fermerlər indiyədək 3431 hektar sahəyə qarğıdalı əkiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkininin də qızğın çağıdır. Məhsul istehsalçıları bu günədək 223 hektara tütün şitilləri köçürüblər. Bu il rayonda 420 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.