Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 826 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 4 ayda bu kəmərlə 10 milyon 289,8 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 486,5 min ton tranzit nefti də ötürülüb.