Bir neçə gün öncə Bakıda 91 saylı xətt üzrə hərəkət edən avtobusunun sürücüsünün döyülməsi ilə bağlı yeni faktlar orta çıxıb.

BUTA.WS-in əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs Müddətdənartıq hərbi qulluqçu (MAXE) olub. Hadisə ilə bağlı daşıyıcı şirkət tərəfindən polisə məlumat verilib. Faktın araşdırılması zamanı məlum olub ki, sürücünü döyən şəxs içkili olub.

O, hadisədən bir neçə gün öncə xidmət keçdiyi Murovdakı “N” saylı hərbi hissədən qaçıb Bakıya gəlib. Hazırda fakt hərbi prokurorluq tərəfindən araşdırılır. Hadisəni törədən şəxsin axtarışları aparılır.