Bu gün günorta saatlarında "Bakı Metropoliteni" QSC-nin “Xalqlar Dostluğu” stansiyasının işində qısa fasilə yaranıb. 

Bununla bağlı xəbəri qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a təsdiqləyib. 

"Fasilə bir neçə saniyə çəkib. Stansiyaya verilən elektrik xəttində gərginlik düşüb və qatarların hərəkətində qısa fasilə olub”. 

“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevisə “Report”a bildirib ki, həmin vaxt paytaxtda enerji təchizatı ilə bağlı problem olmayıb: “Gərginliyin düşməsi metronun daxili sistemindən qaynaqlanan problemlə bağlıdır. “Azərişığ”ın paylayıcı sistemlərində heç bir çətinlik yaranmayıb” .