“Azərişıq” ASC-nin bir sıra idarə rəislərinin yerləri dəyişdirilib.

Bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, “Şirvan” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Arif Məmmədov, “Cənub” RETSİ-nin rəisi Mehman Mehdiyev və Qaradağ RETSİ-nin rəisi Zülfü Ağayev tutduqları vəzifədən azad ediliblər.

Z.Ağayev “Şirvan” RETSİ-yə, A.Məmmədov “Cənub” RETSİ-yə, M.Mehdiyev isə Qaradağ RETSİ-yə rəis təyin edilib. 

“Azərişıq”ın Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı Oxu.Az-a təsdiq edib.