Bugün saat 15:45 radələrində Azərişıq ASC-nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən oranın əməkdaşları 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurması, sonuncunun hadisə yerində ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Yanıq xəsarətləri alan E. Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.