Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 444 milyon 169 min dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 266,3 milyon dollar çoxdur

Hesabat dövründə ölkədən Fransaya ixrac 127,3 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.  Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 316,9 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

 

Gözəl Həşimova