Naxçıvan iqtisadi rayonunda xarici valyutada olan əmanətlər banklar tərəfindən 0,3%-lə cəlb olunur, xarici valyutada olan kreditlərm isə banklar tərəfindən 20,4%-lə verilir.
Yeniavaz.com-un açıqlanan rəsmi statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, Naxçıvanda  xarici valyutada kredit və əmanət faizləri arasındakı fərq 68 dəfəyə bərabərdir.
Məlumat üçün onu da bildirək ki, digər bölgələrdə də xarici valyutada olan kredit və əmanət faizləri arasında kəskin fərqlər var. Ən az fərq Bakı şəhərində qeydə alınıb - 4,1 dəfə.
Digər regionlar üzrə xarici valyutada kredit və əmanət faizləri arasındakı fərq belə olub:

Xarici valyutada kredit və əmanətlər üzrə orta faiz dərəcələri

İqtisadi
rayonlar
Kredit
faizləri
Əmanət
faizləri
 
Fərq
Bakı səhəri  7 % 1,7 % 4,1 dəfə
Abşeron  13 % 2,1 % 6,2 dəfə
Aran 18,2 % 1,9 % 9,6 dəfə
Dağlıq Şirvan 18,7 % 2 % 9,3 dəfə
Gəncə-Qazax  12,6 % 2,1 % 6 dəfə
Quba-Xaçmaz  14,6 % 1,9 % 7,7 dəfə
Lənkəran 15,4 % 2,2 % 7 dəfə
Şəki-Zaqatala  12,3 % 1,6 % 7,7 dəfə
Yuxarı Qarabağ  19,6 % 2,1 % 9,3 dəfə
Kəlbəcər-Laçın  - - -
Naxçıvan 20,4 % 0,3 % 68 dəfə
Ölkə üzrə 7,7 % 1,7 % 4,5 dəfə