2021-ci ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 31,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. 

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % çoxdur. 

Məlumata görə, hesabat dövründə  iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb.