2020-ci ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 264,7 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,3% azdır. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada sement istehsalı 1 milyon 250,4 min ton (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə azalma 6,2%), tikinti əhəngi istehsalı 10,8 min ton (azalma 37,2%), süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalı 13,5 min ton (azalma 74,6%), işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 7,558 min ton (azalma 44,8%), beton konstruksiya istehsalında 16,8 min kubmetr (azalma 0,6%), asfalt istehsalında 58,5 min ton təşkil edib (azalma 48%).

Yanvar-may aylarında tikinti gipsi istehsalı 6,5 min tonadək (artım 3,6 dəfə), tikinti kərpici istehsalında 17,7% - 191,1 min kubmetr, hazır beton qarışığı istehsalında 4,4% - 635,8 min ton artım qeydə alınıb.