Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 187,kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6çoxdur. 

Bu il mayın 1-nə ölkədə 242,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin ilk 4 ayında Azərbaycanda 1 423,8 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 41,4% çoxdur. 

Aprelin sonuna ölkədə 231 kq hazır məhsul ehtiyatı yaranıb.