Ötən ilin dövlət büdcəsində mədən vergisi üzrə daxilolmalar 133 milyon manat proqnoza qarşı 133,8 milyon manat və ya 100,6 faiz icra olunub.

Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir. Bildirilir ki, mədən vergisi üzrə daxilolmaların 96,5 faizi və ya 129,1 milyon manatı neft sektorunun, 3,5 faizi və ya 4,7 milyon manatı qeyri-neft sektorunun payına düşüb.