Yerli borc bazarının inkişaf etdirilməsi üçün xarici borcun bir hissəsini daxili borca keçirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov, həmçinin ölkədə özəl sektor və sahibkarlığa arxalanan iqtisadi islahatların vacibliyini qeyd edib.