İpək Yolu Trans Anadolu Təbii qaz Boru Kəməri Layihəsi (TANAP) sona çatır. Cənub Qaz Dəhlizinin ən vacib hissəsi və TANAP-ın ikinci mərhələsi, bölgənin təbii qaz təchizatı təhlükəsizliyinə və Azərbaycanın Şahdəniz-2 yatağından təbii qazın Əskişəhərə və Ədirnə-İpsalaya nəqli üçün kömək edəcək işlər tamamlanıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, Ərdahan Posof rayonundan Türkiyəyə daxil olan və 20 şəhər, 67 mahal və 600 kənddən keçdikdən sonra Ədirnənin İpsala mahalında Avropaya çıxan ümumi 1850 kilometr uzunluğu olan boru xətti layihəsi sona yaxınlaşılır. Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin TANAP-ın Əskişəhərə qədər hissəsi açılışı 2018-ci il iyunun 12-də beynəlxalq tədbirlə kommersiya qazının ötürülməsi ilə başlanılıb.

TANAP-ın baş direktoru Saltuk Düzyol, mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

“4 ay sonra Azərbaycan qazının ötürülməsini test edəcəyik”

Baş direktor Saltuk Düzyol, 15 Aprel 2019 tarixində boru xəttinin Əskişəhər ilə Avropa arasındakı hissəyə xətt çəkməyi planladıqlarını söyləyib. TANAP-ın 1 İyul 2019 tarixinə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində təhvil alaraq Avropaya ötürəcək olan Trans Adriatik Boru Xəttinə (TAP) test məqsədli qaz verilməsi üçün hazır hala gələcəyini dilə gətirən Düzyol, "Türkiyəyə boru xəttimiz vasitəsilə 30 İyun 2018-ci ildən 28 Fevral 2019-a qədər təxminən 1,25 milyard kubmetr qaz daşınıb. Bu rəqəmin 2019-ci ilin iyun ayının sonuna qədər 2 milyard kub metrə, 2019-ci ilin sonuna qədər isə 4 milyard kub metrə çatmasını planlaşdırırıq" —deyə fikir bildirib.

Düzyol açıqlamasına davam edərək, —“Hazırda 1850 km uzunluğunda boru kəməri ilə 4 ölçmə stansiyasını, 49 bloklu vana stansiyasını və 2 kompressor stansiyasını tamamlamışıq. Bu gün Ədirnənin Sarıcalı kəndi yaxınlığında “MS4” dediyimiz stansiyasındayıq. Türkiyə-Yunanıstan sərhədinə təxminən 5 kilometr məsafədəyik. Bu nöqtədə qazı, Avropada inşa edilən boru kəmərinə ötürəcəyik. Burada 9 əsas Avropa qaz alıcıları Azərbaycan qazı ilə əldə edəcəklər. Layihədə təxminən 13 min adam iştirak edib, 7 milyard dollar xərclənib.

Azərbaycan baxımından vacib bir layihə olan TANAP AB ilə siyasi əlaqələrin möhkəmləndirilməsi, ticarət həcminin artırılması, həmçinin Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi üçün vacib bir gəlir qapısı olacaq. Avropa Birliyi üçün Cənub-Şərqi Avropa ölkələrinin qaza olan asılılığının azaldılması və AB rəqabət gedən qaz bazarında daha az xərc ilə enerji istehlak etmək baxımından bu layihə xüsusilə vacibdir” — deyib.

Mehman Nəbiyev