Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5,5 milyard kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə qazın dəyəri 1 milyard ABŞ dolları təşkil edib.

Son 1 ildə ixrac olunmuş qazın həcmi 11,4%, dəyəri isə 19,1% artıb. 

5 ay ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 14,9% olub.report