Mayın 5-də birjalarda neftin sürətli bahalaşması Azərbaycan neftinin qiymətinə də təsir edib.

İqtisadiyyat.Az xəbər verir ki, London birjasında «Azeri Light» markalı neft kəskin bahalaşıb və qiyməti 5,43 dollar və ya 22,5% artaraq 29,54 dollar olub.

Qeyd edək ki, bu son 20 gün ərzində neftin ən yüksək qiymətidir.