Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 415,876 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Qonşu ölkənin hesabat dövründə tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi isə 786,96 milyon kilovatt/saat təşkil edib. Bu həcmin 53%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk 5 ayı ərzində Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü 371,083 milyon kilovatt/saat həcmlə Rusiya olub. Report