Azərbaycanın bu ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixracı 2 milyard ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, illik müqayisədə qeyri-neft sektoru üzrə ixrac 23,4 milyon dollar artıb.

Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələr isə bunlardır:

 

Ölkə

Məbləğ

Rusiya

641,9 milyon dollar

Türkiyə

555,1 milyon dollar

Gürcüstan

198,6 milyon dollar

İsveçrə

81,4 milyon dollar

Qazaxıstan

66,4 milyon dollar

 

Gözəl Həşimova